İranda koronavirusdan 111 nəfər öldü 1 gündə

İranda yeni növ koronavirusa yoluxanların sayı 73 min 303 nəfərə çatıb, 4585 nəfər isə dünyasını dəyişib. SİA-nın xəbərinə görə, bu barədə İranın səhiyyə nazirinin müşaviri Əlirza Vahabzadə öz “Twitter” hesabında qeyd edib.

O bildirib ki, son sutka ərzində ölkədə 1617 yoluxma, 111 ölüm halının qeydə alındığını deyən müşavir ümumilikdə 46 min şəxsin koronavirusdan sağaldığını da qeyd edib.

Qeyd edək ki, Ümümdünya Səhiyyə Təşkilatı martın 11-də koronovirusu dünyada pandemiya elan edib. Son rəqəmlərə əsasən dünyada COVİD-19-a yoluxanların sayı 1.7 milyonu, ölənlərin sayı isə 105 mini ötüb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə