Koronavirusla vərəm arasında əlaqə tapılıb

Tədqiqatlar göstərir ki, vərəm əleyhinə peyvənd proqramının geniş yayıldığı ölkələrdə koronavirusdan ölüm vərəm əleyhinə peyvənd praktikasının aparılmadığı ölkələrə nisbətən 6 dəfə azdır. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

Sözü gedən Bacillus Calmette-Guérin peyvəndi (BSJ) təxminən bir əsr əvvəl icad edilmiş və vərəmə səbəb olan bakterial infeksiyalara qarşı immunitetlidir. Alimlər bu dərmanın insan immunitet sisteminin fitri mexanizmlərinin güclənməsinə müsbət təsir göstərə biləcəyini təklif edirlər.

Peyvəndin tənəffüs xəstəliklərinə qarşı genişlənmiş müdafiəyə dolayı təsiri olması və pasiyentlərə koronavirusu məğlub etməsinə kömək etməsi mümkündür. Alimlərin, müxtəlif ölkələrdə ölümcül koronavirusun necə gəldiyini qiymətləndirərək bu qənaətə gəldiyi ifadə edilir.

Tədqiqatçıların fikrincə, orta ölüm nisbəti də ölkənin iqtisadi təsnifatından asılı olaraq əhəmiyyətli dərəcədə dəyişir.

Koronavirus pandemiyasına qarşı mübarizədə BSJ peyvəndinin faydalılığını qiymətləndirmək üçün testlər artıq aparılır, lakin bu nəzəriyyəni təsdiqləmək üçün tədqiqatların davam etdirilməsi lazımdır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...