Misirdə Ramazan ayında kütləvi tədbirlər qadağan edilib

Misir koronavirus epidemiyası ilə mübarizə çərçivəsində müsəlmanların müqəddəs Ramazan ayında açıq yerlərdə toplaşmalarını qadağan edəcək. SİA bunu xarici KİV-lərə istinadən xəbər verir.

Misir Dini Qurumların verdiyi açıqlamada kütləvi iftar və ibadət kimi izdihamlı qrupları bir araya gətirən tədbirlərə icazə verilməyəcəyi bildirilib. Qurumdan verilən açıqlamaya görə, məscidlərdə Ramazan ayının son 10 günündə izdihamla qılınan namaz bu il qadağan olunmuş əhatəyə daxil edilib.

Müsəlman ölkələrində, xüsusən kasıblar üçün, kollektiv iftar mərasimləri və yaxınlarının ziyarətləri və məscidlərdə ənənəvi olaraq Ramazan ayında kütləvi namaz qılınır. Ancaq koronavirus epidemiyası səbəbindən bu il Ramazan ayının sakit keçəcəyi gözlənilir.

Digər tərəfdən Reuters xəbər agentliyinin verdiyi məlumata görə, El Ezher Universiteti ilə əlaqəli olan dini işlər şurası hökumətin verdiyi açıqlamada orucun qarşısını almadığını və virusla əlaqəsi olmadığı üçün oruc tutmağa davam etməli olduğunu açıqlayıb.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə