Vətəndaşlarımızın töhfələri ehtiyac sahiblərinə çatdırılır -Fəxrəddin Altun

Türkiyə Prezident Administrasiyasının İçtimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun prezident Rəcəb Tayyib Ərdoğanın "Biz bizə yetəri, Türkiyəm" çağırışıyla başlatdığı milli həmrəylik kampaniyası ilə bağlı bir video paylaşıb. SİA-nın məlumatına görə, Altunun "Twitter" hesabından paylaşdığı videoda boş və səssiz küçələrlə yanaşı, evlərində vaxt keçirən vətəndaşlar nümayiş etdirilərək, həyatın dayanmadığı və darıxdığımız həyat səsinin evlərdən yüksəldildiyi bildirilir.

"Ehtiyacı olan evlərin səsinə səs, həyatlarına həyat qatmaq üçün ‘biz bizə yetərik’ deyən vətəndaşlarımızın töhfələri dövlət vasitəsilə ehtiyac sahiblərinə çatdırılır" sözləriylə davam edən videoda dövlətin köməyinə ehtiyacı olan evlərin şorbasının dövlətdən, duzunun bibərinin isə millətdən olduğu deyilir.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...