Cərrah yeni qoruyucu maska göstərdi qarderobun köməyilə

ABŞ cərrahı yeni bir növ qoruyucu maska göstərib və onun köməyinə qarderob gəlib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Birləşmiş Ştatların Ümumi Cərrahı Cerom Adams videoda ev şəraitində bir köynəkdən necə maska düzəltmək və özünü mümkün koronavirus infeksiyasından necə qorumağın yollarını göstərib.

Bir müddət əvvəl ABŞ Prezidenti Donald Trump, ixtisaslaşmış tibbi və ya hətta cərrahi maskaların alınmasına və ya geyilməməsini tövsiyə edərək, onları həkimlər üçün saxlanılmasını istəmişdir. Bunun əvəzinə, onlayn satın ala biləcəyiniz və ya evdə özünüz edə biləcəyiniz adi parça maskalarından istifadə etmək mümkündür.
Adamsın sözlərinə görə, demək olar ki, hər hansı bir geyimdən, o cümlədən köynəkdən maska hazırlamaq olar. Videoda, bir köynəyin kəsilmiş hissəsini necə bükmək və parça maskası düzəltməyin yolları göstərilib. Video ABŞ-ın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri tərəfindən Facebook-da yerləşdirilib.
Xatırladaq ki, son məlumatlara görə, ABŞ-da 312 min koronavirusa yoluxma hadisəsi qeydə alınıb və demək olar ki, 8,5 min adam ölüb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə