ABŞ COVID-19-un ikinci dalğasını gözləyir Mütəxəssis etirafı

Bu ilin payızından başlayaraq, ABŞ-da COVID-19-un ikinci dalğası baş verə bilər, lakin vətəndaşlar bu dəfə daha yaxşı hazır olacaqlar. SİA RBK-ya istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Allergiya və infeksiya xəstəlikləri institunun direktoru Entoni Fauçi deyib.

İnfeksiyalar üzrə mütəxəssisin sözlərinə görə, koronavirus mərhələli xarakter daşıyır və insandan-insana keçidi rahat şəkildə baş verir.

Fauçinin sözlərinə görə, ikinci dalğa hazırkından başqa cür və yumşaq şəkildə olacaq. O, qeyd edib ki, həmin vaxta qədər hər şey tamamilə ayrı cür olacaq. Misal üçün, virusu “söndürmək” və üzərində test aparmaq mümkünlüyü yaranacaq. “Bu gün bizim yaşadıqlarımız çıxardığımız dərslərdən daha artıqdır”, deyən amerikalı mütəxəssis bildirib ki, ikinci dalğaya hazır olmaq mütləqdir.

Bu arada ABŞ-ın prezidenti Donald Tramp da bəyan edib ki, ölkə yeni dalğanın gəlməsinə hazır olmalıdır. “Biz hazırıq. Ümid edək ki, bu baş verməyəcək, ancaq hər şeyə rəğmən biz hazırıq”, Tramp qeyd edib.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə