Türkiyədə 140 il əvvəl öldürülən rusiyalı generalın məzarı tapılıb

Türkiyədə inşaat işləri zamanı rusiyalı generalın məzarı tapılıb. Axar.az xəbər verir ki, rus generalın məzarı ölkənin şimal-şərqində yerləşən Ərdahan vilayətində üzə çıxıb. Fəhlələr binanın bünövrəsinin tikintisi zamanı tabut aşkar ediblər. Dərhal əraziyə polis çağırılıb, yer mühasirəyə alınıb. Tapıntı yerinə gələn mütəxəssislər qırmızı çəkmələr geyinmiş insan skeleti aşkar ediblər.

Arxeoloqların sözlərinə görə, rus generalına aid qalıqlar 140 il əvvələ aiddir.

Bütün xəbərlər Facebook səhifəmizdə