Zəlzələ nəticəsində ölənlərin sayı 350-yə çatdı

Şənbə günü Cənubi Amerikanında yerləşən Ekvadorda baş verən zəlzələ nəticəsində 350 nəfər həlak olub. SİA xəbər verir ki, bu barədə məlumat Amerika Geoloji Araşdırmalar Mərkəzindən verilib.

Ekvadorun paytaxtı Quitonun 170 kilometr şimal-qərbində baş verən 7,8 bal gücündəki zəlzələ 40 saniyə davam edib. Zəlzələnin yerin 19 metr dərinliyində baş verdiyi müəyyənləşib.

Dövlət başçısının köməkçisi Corc Qlas ölkənin1979-cu ildən bu yana yaşadığı ən böyük zəlzələdə 2 500-dən çox adamın yaralandığını açıqlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...