G7 ölkələri terrorizmi müzakirə ediblər

"Böyük yeddilik" ölkələrinin xarici işlər nazirlərinin aprelin 10-da Hiroşimada keçirilən görüşündə terrorizmlə mübarizənin gücləndirilməsi, ekstremizmin yer almadığı cəmiyyətin formalaşması istiqamətində tədbirlərin görülməsi barədə razılıq əldə edilib.

NHK televiziya kanalının verdiyi məlumata əsasən, Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti xanım Federiko Moqerinin də qatıldığı görüş zamanı nazirlər terrorizm və qaçqınlar böhranı ilə bağlı beynəlxlaq ictimaiyyət qarşısında dayanan təxirəsalınmaz vəzifələr barədə də müzakirələr aparıblar.

Görüşdə terrorizmlə mübarizə istiqamətində tədbirlərin gücləndirilməsi barədə razılıq əldə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə