Görüşdə İŞİD-ə qarşı mübarizənin yolları müzakirə olunub

Türkiyədə səfərdə olan ABŞ dövlət katibi Con Kerri Türkiyənin yeni baş naziri Əhməd Davudoğlu ilə görüşüb. Əsas hissəsi mətbuata qapalı keçən görüşdə, başlıca olaraq regionda İŞİD terror qruplaşmasına qarşı mübarizənin yolları müzakirə olunub. Bundan əvvəl amerikalı diplomat Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın da qəbulunda olub. Səfərin əsas məqsədi Türkiyəyə döyüşçülərin keçidinə qarşı sərhədlərini möhkəmləndirməyə və ekstrimistlərin maliyyələşdiriməsinə qarşı mübarizə aparmağa təhrik etməkdir. Bundan başqa Vaşinqton İŞİD təhlükəsinə qarşı Ankaranın beynəlxalq koalisiyaya necə dəstək olacağına, hansı yardımı göstərəcəyinə aydınlıq gətirməyə çalışır.

ABŞ dövlət katib Con Kerri onu da vurğulayıb ki, indiyədək İranın bu məsələdə iştirakı barədə ona heç kim müraciət etməyib. Con Kerri Suriya məsələsində tutduğu mövqeyə görə İranın iştirakının qəbul oluna bilmədiyini dedi.

Ekstrimistlərin fəal olduğu həm Suriya, həm də İraqla quru sərhəddi olan Türkiyə, ölkə hüdudlarına daxil olub çıxan şübhəlilərə qarşı mübarizəni gücləndirsə də, hələ ki, İŞİD-ə qarşı Obamanın təklif etdiyi "qlobal strategiyaya" qoşulmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə