Ukrayna müxalifətinə daha iki partiya birləşə bilər

Ukraynanın ana müxalifəti sayılan Batkivşina Partiyası ümumi müxalifəti birləşdirmək üçün ciddi iş aparır. Artıq müəyyən irəliləyişlər də var desək yanılmarıq. SİA-nın Ukrayna bürosunun verdiyi məlumata görə, daha iki partiya Vətəndaş Mövqeyi və Avropa partiyaları da parlament seçkisinə Batkivşina Partiyası ilə birgə getmək üçün danışıqlar aparır.

Vətəndaş Mövqeyi Partiyasının sədri Anatoliy Qriçenko və Avropa Partiyasının sədri Mikoli Katerinçuk artıq parlament seçkisində iştirak edəcək ümumi siyahının hazırlanmasında iştirak edirlər. Qriçenko mətbuat qarşısında sözügedən danışıqların getdiyini təsdiqləsədə hələlik konkret bir nəticəyə gəlinmədiyini deyib.

Bu arada siyasi partiyalardan əlavə parlament seçkisində ümumi müxlifətlə birgə iştirak etmək fikrində olan ictimai təşkilatlar və ictimai birliklərdə meydana çıxıb. Bunlardan ən realı və üzdə olanı isə Krım-Tatar xalqının ictimai təşkilat və məclis nümayəndələridir. Krım-Tatar xalqının nümyəndəsi Ali Radanın deputatı Mustafa Cəmil Batkivşina Partiyası ilə danışıqlar apardıqlarını təsdiqləyib: "Biz nəinki birləşmiş müxalifətlə danışıqlar aparırıq, bundan əlavə digər demokratik partiyalarla da danışıqlar aparırıq hansı ki, onlar ümumi müxlifətlə birləşməyiblər. O ki, qaldı Batkivşina Partiyasına biz onlardan konkret təklif almamışıq. Ümumiyyətlə, bizim parlament seçkisində iştirakımızın hansı səviyyədə olacağına qərar 21 iyulda keçirələcək qurultayda veriləcək".

Ukrayna müxalifətinin bu günkü durumu haqqınd bir çox ekspertlər müxtəlif fikirlər səsləndirir. Siyasi ekspert Vadim Karasayevin sözlərinə görə isə Qriçenko və Katerinçukla yanaşı Ukrayna Platforması Partiyasının sədri Pavel Jebrivski də birləşmiş müxalifətlə birgə seçkiyə getməyə hazırlaşır.


Əlmaniz Ələkbərli, SİA-nın Ukrayna bürosu

Bütün xəbərlər Facebook səhifəmizdə