“Qara sentyabr” terrorunda alman izi

Alman neonasisti "Qara sentyabr" terror qrupuna 1972-ci ildə Münhen Olimpiadasında terror aktının törədilməsində köməklik göstərib. Bu barədə "Spiegel" jurnalı Almaniyanının gizli xidmət orqanlarının açıqladığı sənədlərə əsasən məqalə dərc edib.


Yazıda Dortmund polisinə göndərilən teleqram əsas götürülüb. Burada aydın olur ki, İsrail idmançılarına qarşı edilən teraktda neonasistin də əli var. Teleqram hadisədən təxminən 2 ay əvvəl, 1972-ci ilin iyululunda göndərilib.


Polisin məlumatında bildirilir ki, "Qara sentyabr"ın lideri Abu Daud özünə seçdiyi Saad Valli ləğəbilə alman neonasisti Villi Polla gizli görüşüb. Alman şübhəli bilinərək təhlükəsizlik xidməti əməkdaşları tərəfindən izlənilib.


Hazırda Pol detektiv üzərində işləyir və indi onun heç bir radikal qruplarla əlaqəsinin olmadığı bildirirlir. Polun özü də etiraf edib ki, terrorçuların planlarının reallaşmasında onlara kömək edib.


Bütün sübutlara baxmayaraq Villi Pol yalnız qanunsuz silah gəzdirdiyinə görə mühakimə olunaraq 2 il 2 ay azadlıqdan məhrum edilmişdi.


Xatırladaq ki, 1972-ci il sentyabrın 5-də terrorçular İsrail olimpiya komandasına daxil olaraq 2 nəfəri öldürmüş, 9 idmançını isə girov götürmüşdülər. Terroçular girovların azad olunmaları müqabilində İsrail həbsxanalarındakı yoldaşlarının sərbəst buraxılmalarını tələb etmişdilər.


Amma yəhudi hökuməti tələbə rədd cavabı verərək məsələnin güc yolu ilə həllinə qərar vermişdi ki, nəticədə bütün girovlar həlak olmuşdular. Əməliyyat zamanı həmçinin 5 terrorçu məhv edilmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...