...İran İsrailə atdığı raketlərin sayını ehtiyatların azalmasına görə deyil, yeni taktikalara görə azaldıb.
SİA rus saytlarına istinadən xəbər verir ki, CNN telekanalı İran hökumətindəki mənbəyə istinadən Tehranın silahlı münaqişədə yeni strategiyası barədə məlumat yayıb.
Bununla belə, telekanalın həmsöhbəti qeyd edib ki, İsrail bu qərara sevinməməlidir.
Rəsmi şəxsin sözlərinə görə, İran daha mürəkkəb yüksək dəqiqlikli raketlərə keçib - onlar hərbi və təhlükəsizlik obyektlərinə yönələcək.
...İranın raket atdığı müşahidə edilib və raket ABŞ-ın THAAD, Patriot, Arrow 3, Arrow 2, (İsrail) David’s Sling və Iron Dome sistemlərinə asanlıqla keçərək əvvəlcədən müəyyən edilmiş hədəfi vurub, - mənbə CNN-ə bildirib. Bundan əvvəl İran Səhiyyə Nazirliyi minlərlə vətəndaşın silahlı münaqişənin qurbanı olduğunu bildirib. 3500-ə yaxın insan yaralanıb, 430 mülki vətəndaşı xilas etmək mümkün olmayıb.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə