Darıxmayın, uzağı 5 ilə bolluq olacaq,.. süni ət yeyəcəyik...

...Bir qrup yapon alimi yaxın 5-10 il ərzində belə məhsulların mağaza rəflərində görünməsini sürətləndirə biləcək süni ət istehsalının innovativ üsulunu təqdim edib.

Tədqiqat oksigen və qida maddələrini birbaşa əzələ hüceyrələrinə çatdıran içi boş liflərin istifadəsinə əsaslanır və bu sahədə əsas problemlərdən birini - oksigen çatışmazlığı səbəbindən toxuma qalınlığında hüceyrə ölümünü aradan qaldırır.

SİA-nın məlumatına görə, bu inkişaf, Osaka Universitetinin professorunun rəhbərlik etdiyi bir qrup tərəfindən həyata keçirilib, tərkibində hüceyrələr və içi boş boru lifləri sistemi olan bir gel istifadə edilib. Bu, təbii məhsula struktur və tekstura baxımından mümkün qədər yaxın olan 11 qram ağırlığında bir parça toyuq ətini uğurla yetişdirməyə imkan verib.

Yeni texnologiya toyuq və mal ətindən tutmuş balıq və donuz ətinə qədər müxtəlif ət növlərinin istehsalı üçün uyğunlaşdırıla bilər. Elm adamları, həmçinin böyüyən orqanlar da daxil olmaqla, metodun tibbi tətbiqlər üçün potensialını nəzərdən keçirirlər.

İlkin mərhələdə laboratoriyada yetişdirilən ətin dəyərinin adi toyuqdan daha yüksək olacağı gözlənilir, lakin istehsal artdıqca qiymətlər aşağı düşə bilər.

“The Guardian” xəbər verir ki, tədqiqat ət sənayesinin transformasiyası və onun ənənəvi heyvandarlıqdan asılılığının azaldılması istiqamətində böyük addım kimi qiymətləndirilir.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə