Le Penə səs verməyə hazır olan fransızların faizi açıqlanıb

2027-ci ildə keçiriləcək prezident seçkilərində sağçı Milli Ralli partiyasının parlament fraksiyasının rəhbəri Marin Le Penə səs verməyə hazır olan fransalıların faizi açıqlanıb.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, Ifop tədqiqatının nəticələri Journal du Dimanche jurnalında dərc olunub.

Nəşr qeyd edir ki, seçkilərin birinci turunda namizədlərin tərkibinin dörd variantına baxılıb.

Onların hər birində Le Pen lider olub. Nəşr vurğulayır ki, fransızların 37 faizə qədəri ona səs verə bilər. Onun ardınca prezident postuna namizədlər siyahısında ölkənin keçmiş baş naziri Eduard Filipp, üçüncü yerdə isə solçu “Fransa tabe olmayanlar” partiyasının yaradıcısı Jan-Lyuk Melenşon qərarlaşıb.

Bundan əvvəl Le Pen Rusiyanın Avropaya hücumu təhlükəsindən danışan Fransa prezidenti Emmanuel Makronu tənqid edib.

Dekabrda Marin Le Pen 2024-cü ildə Fransanın ən görkəmli qadını olub.Tədqiqatın nəticələrinə görə, fransız respondentlərin 30 faizi Le Penə səs verib. Eyni zamanda, kişi respondentlərin 33 faizi siyasətçiyə səs verib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə