BƏƏ Livandakı səfirliyini yenidən açmağa hazırlaşır

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Xarici İşlər Nazirliyindən yayılan yazılı açıqlamada Beyrutdakı səfirliyi yenidən açmaq üçün hazırlıqlar çərçivəsində Livana nümayəndə heyətinin göndərildiyi bildirilib.

SİA xəbər verir ki, BƏƏ prezidenti Məhəmməd bin Zayedin Livan prezidenti Cozef Avn ilə telefon danışığından sonra bu istiqamətdə göstəriş verdiyi qeyd olunan açıqlamada “Səfirliyin yenidən açılması iki ölkə və dost xalqlar arasındakı dostluq əlaqələrini əks etdirir” ifadəsinə yer verilib.

Xatırladaq ki, rəsmi Əbu-Dabi Livanın informasiya naziri Corc Kardahinin 2021-ci ilin oktyabrında Yəmənlə bağlı Səudiyyə Ərəbistanını tənqid edən açıqlamalarından sonra Beyrutdakı diplomatlarını geri çağırmış və vətəndaşlarının Livana səyahət etməsini qadağan etmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə