Finlər Rusiya ilə sərhədlərin açılmasını istəyirlər..?

...Rusiya ilə sərhədlərin açılmasına dəstək məqsədilə Helsinki, Tampere, Lappeenranta və Lahti şəhərlərində mitinqlər keçirilib.

SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə aksiyanın təşkilatçısı, rusdilli “Aleksandrovskoye Cəmiyyəti” məlumat verib.

Etirazçılar Dövlət Şurasının şərq sərhədinin bağlanması ilə bağlı qərarlarına yenidən baxılmasını və Rusiya Federasiyası ilə sərhəddə keçid məntəqələrinin işini bərpa etməyi tələb ediblər.

TASS müxbirinin aydınlaşdırdığı kimi, Helsinkidə keçirilən mitinqə yüzə yaxın insan gələrək şüarlar səsləndirib: İnsanlar gübrələrdən daha vacibdir! Sərhədi aç!

Təşkilatçıların sözlərinə görə, Lappeenrantada keçirilən aksiyada 40, Tamperedə isə 27 nəfər iştirak edib.

Bu ilin oktyabrında məlum olub ki, Finlandiya Rusiya ilə sərhəddə iki keçid məntəqəsinin işini tamamilə dayandırdığını elan edib.

Söhbət Pərikkala və İnaridə bağlanma nöqtələrindən gedir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə