Belçikanın paytaxtı Brüsselin Avropa Birliyi bürokratlarını hədəf almağa çalışan xarici kəşfiyyat agentləri ilə dolu olduğu bildirilir. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Avropa Birliyinin ürəyi olan Brüssel təkcə Aİ-nin inzibati mərkəzlərindən biri kimi deyil, həm də bütün dünyada casusluq fəaliyyətinin intensiv olduğu bir şəhər kimi diqqət çəkir. Avropa Komissiyası öz işçilərinə xarici kəşfiyyat xidmətlərinin fəaliyyəti ilə bağlı xəbərdarlıq edərək, onlara Rusiya və Çin casuslarının Aİ bürokratlarını hədəfə aldığı barədə məlumat verib.
Komissiya rəsmiləri işçilərə casusların artan fəaliyyətləri ilə bağlı diqqətli olmalarını tövsiyə edib: "Brüssel dünyanın ən böyük casusluq mərkəzlərindən biridir".
Avropa İttifaqının sirlərini ələ keçirməyi hədəfləyən bu casuslar Belçikanın təhlükəsizlik orqanları tərəfindən də izlənilir. Hesablamalara görə, bəzi səfirliklərdə çalışan diplomatların 10%-20%-i kəşfiyyat agenti kimi fəaliyyət göstərir. Bundan əlavə, Brüsseldəki çinli jurnalistlərin beşdə biri kəşfiyyatçı olmaqda şübhəli bilinir. Aİ-nin diplomatik xidməti 2019-cu ildə Rusiya və Çin casuslarının bar və restoranlarda danışıqları izləməyə çalışdığını bildirərək işçilərini bu təhlükələrə qarşı xəbərdar edib.
Bütün xəbərlər Facebook səhifəmizdə