Türkiyənin xəzinə və maliyyə naziri Mehmet Şimşək Türkiyənin üç böyük kredit reytinqi agentliyi tərəfindən reytinqi iki pillə yüksələn yeganə ölkə olduğunu bildirib.
Rəsmi internet səhifəsində paylaşım edən Mehmet Şimşək ''Standard & Poor's'' (S&P) agentliyini Türkiyənin kredit reytinqini yüksəltməsini qiyətləndirib.
SİA-nın əldə etdiyi məlumata görə, Mehmet Şimşək S&P-nin Türkiyənin kredit reytinqini "B+"dan "BB-"yə yüksəltdiyini xatırladıb.
M. Şimşək reytinqin yüksəlməsində iqtisadiyyatın sabitləşməsi, cari kəsir və xarici maliyyə ehtiyacının azalması, ehtiyatların güclənməsi və inflyasiya səviyyəsinin təsirli olduğuna diqqət çəkib.
Bütün xəbərlər Facebook səhifəmizdə