...Şimali Atlantika Müqaviləsi Təşkilatının baş katibi Mark Rutte, Ukrayna mövzusunun çətinliyini Rusiya ordusunun Ukraynanın şərqində irəliləməkdə kiçik irəliləyişlər əldə etmələri ilə əlaqələndirib.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Rutte bunu Londonda Ukrayna prezidenti Vladimir Zelenski və Böyük Britaniyanın baş naziri Key Starmerlə görüşündən sonra keçirilən brifinqdə deyib.
Baş katib, Zelenski və Starmerlə yaxşı danışıqlar apardığını da diqqətə çatdırıb.
...Ukraynanı müzakirə edərkən, bunun çətin olduğunu bilirik, çünki Rusiya şərqdə yavaş-yavaş irəliləməkdə daha uğurludur.
Bunu etiraf edən Rutte, rusların ölən və yaralananlar baxımından çox böyük insan itkilərinə məruz qaldığını da bildirib.
... Rusiya ilə bu mübarizədə Ukraynanın dəstəyi burada bizim kollektiv müdafiəmiz üçün çox vacibdir. Çünki Putin Ukraynada qalib gəlsə, bu, təbii ki, NATO-da bizim hamımız üçün ciddi təhlükə olacaq.
Bunu bildirən Rutte, Ukraynaya məhz bu səbəbdən dəstək verildiyini bildirib.
...Bəli, bütün bunlar Ukrayna üçün, həm də öz təhlükəsizliyimizi təmin etmək üçündür – deyə Rutte deyib.
...Və yeri gəlmişkən, iyulda Rumıniya prezidenti Klaus İohannis, NATO müttəfiqlərinin Ukraynaya vəd edilən yardımın yalnız yarısını verdiklərini və bu yardımın da kifayət etmədiyni bildirmişdi.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə