Türkiyə 5 ildə qəhvədən 154.7 milyon dollarlıq ixrac gəliri əldə edib. SİA bu barədə Türkiyə saytlarına istinad edir.
Dünya Qəhvə Günü 2015-ci ildən etibarən hər il 1 oktyabrda rəsmi olaraq qeyd edilir. Qəhvənin iqtisadi dəyəri və sosial təsirləri barədə maarifləndirmənin artırılmasına çalışılan bu gün çərçivəsində davamlı istehsalın əhəmiyyətinə də diqqət çəkilir.
Türkiyədə qəhvə toxumu yetişdirilməsə də, məhsulu emal edilərək bu sahədə ixrac olunur. Ölkənin bu sahədə məhsul ixracı 2020-avqust 2024 illərini əhatə edən təxminən 5 ildə 154 milyon 690 min 881 dollar tutub.
Qəhvə ixrac gəliri 2020-ci ildə 20,2 milyon dollar səviyyəsində olub, 2021-ci ildə 23,8, 2022-ci ildə 36,5 və 2023-cü ildə 39,7 milyon dollara yüksəlib.
Türkiyənin satdığı qəhvəyə ən çox tələb göstərən ölkələr illərə görə dəyişib. Amerika Birləşmiş Ştatları, Hollandiya, Şimali Kipr Türk Respublikası (ŞKTR), Belarus və Səudiyyə Ərəbistanı keçən il ən çox qəhvə ixracı edilən ölkələr olub. Braziliya, Hollandiya və Almaniya, Türkiyənin ən çox qəhvə aldığı ölkələr kimi önə çıxıb. Bu dövrdə Türkiyə qəhvələrinin 146 ölkədə dadına baxılıb.
2024-ün yanvar-avqust dövründəki ixrac məbləği də 34.5 milyon dollar səviyyəsində reallaşıb.
Bütün xəbərlər Facebook səhifəmizdə