Salome Zurabişvili ikinci dəfə Gürcüstan Prezidenti olmaq niyyətindədir
Prezident Salome Zurabişvili ikinci müddətə Gürcüstanın dövlət başçısı olmaq arzusundadır. O, ikinci dəfə prezidentliyə namizədliyini irəli sürməyə hazır olduğunu açıqlayıb.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə S.Zurabişvili özü bildirib.
O qeyd edib: “Bu gün Gürcüstan çox ciddi çağırışlarla üz-üzədir. Lakin mən ölkəni bu çətinliklərdən azad etmək niyyətindəyəm. Daha doğrusu, Gürcüstanın Avropa yoluna qayıtması üçün ikinci müddətə namizədliyimi irəli sürməklə bərabər, üzərimə böyük məsuliyyət götürməyə də hazıram”.
Bütün xəbərlər Facebook səhifəmizdə