İraqın müdafiə naziri Sabit Abbasi Amerika əsgərlərinin iki ilə İraqdan çıxarılması üçün ABŞ ilə razılaşdıqlarını bildirib.
SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, “Al-Arabiya Al-Hadas” telekanalına müsahibəsində ABŞ qoşunlarının İraqdan çıxarılması məsələsinə toxunan S.Abbasi deyib: “Amerika əsgərləri 2 il ərzində İraqdan çəkiləcək. ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinin İraqdakı missiyasının iki mərhələdə başa çatdırılması ilə bağlı razılıq əldə olunub. Birinci geri çəkilmə mərhələsi bu il başlayacaq və 2025-ci ilə qədər davam edəcək. İkinci geri çəkilmə mərhələsi isə 2026-cı ildə başa çatacaq.
ABŞ Müdafiə naziri Lloyd Ostin iki illik müddətin geri çəkilmək üçün kifayət etmədiyini və 1 il də əlavə olunmasını istəsə də, rəsmi Bağdad bu müddəti 2 ildən çox uzatmaq fikrində deyil.
Rəsmi Vaşinqtonla geri çəkilmə sazişi yaxın günlərdə imzalanacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə