...Moskvanın vilayət məhkəməsi “Vətəndoş” regionlararası özbək icmasının rəhbəri Usman Baratovu 4 il müddətinə ümumi rejimli koloniyada həbs cəzasına məhkum edib.
O, sosial şəbəkələrdəki yazılarına görə nifrət və ya düşmənçilik salmaqda təqsirli bilinib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “RusNews” xəbər verir.
Məhkəmə qapalı keçirilib.
Baratov hökmü Rusiya ədaləti üçün biabırçılıq adlandırıb. ...Bu, onu göstərdi ki, məhkəmə ayrıca məhkəmə orqanı deyil, məhkəmə icra hakimiyyətinin qulluqçusudur. Məhkəmə ayrıca hakimiyyətin bir qolu deyil, qulluqçusudur.
Qeyd edək ki, ittiham tərəfi Baratovun 6 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Yeri gəlmişkən, SİA-nın oxucuları xatırlamış olar: ötən ilin dekabrında Baratov toyuq yumurtasının kəskin bahalaşmasının müzakirəsi ilə bağlı yazı dərc etdirmişdi.
... Baratovun həbsi həmin yazı ilə bağlıdır.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə