...Rusiya Anqolaya humanitar yardım çərçivəsində 50 təcili yardım maşını bağışlayıb.
SİA xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilir ki, Anqolanın paytaxtı Luandada keçirilən mərasimdə Rusiya səfiri Vladimir Tararov “QAZelle Business 4×4” markalı 50 dəbdəbəli təcili tibbi yardım avtomobilinin açarlarını ölkənin səhiyyə naziri Silvia Paula Valentin Lutukuta təqdim edib.
Diplomat qeyd edib ki, avtomobillər respublika rəhbəri Joao Lourensonun şəxsi xahişi ilə Rusiya prezidenti Vladimir Putin tərəfindən pulsuz verilir.
Açarları təhvil verən Tararov, həmçinin Rusiya xalqının və hökumətinin hədiyyəsinin anqolalılara uzun və etibarlı xidmət göstərəcəyinə, avtomobillərin alınmasına qənaət edilən pulun isə ölkədə səhiyyə sisteminin yaxşılaşdırılmasına sərf olunacağına ümid etdiyini bildirib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə