Britaniya Ukraynaya Rusiyadakı hədəfləri vurmağa kömək etməyəcək...

İngilislər ukraynalıların Rusiyadakı hədəfləri vurmasına mane olmur, amma bunu ukraynalılar etməlidirlər...

...İngiltərə Ukraynaya Rusiyadakı hədəfləri vurmağa kömək etməyəcək.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, “The Guardian” bunu ölkənin müdafiə nazirinin bəyanatına istinadən yazır.

Qeyd edək ki, o, bu bəyanatı Zelenski Britaniya istehsalı olan silahlardan daha sərbəst istifadə etmək xahişi ilə birbaşa Nazirlər Kabinetinə müraciət etməzdən bir qədər əvvəl edib. Con Xili Ukrayna prezidentinin Rusiya ərazisinə qarşı Britaniya istehsalı olan raketlərdən istifadə etmək xahişini yerinə yetirəcəyini istisna etməyib, lakin Britaniyanın bu cür hücumlarda iştirak etməyəcəyini bildirib.

...Biz Ukraynanın suveren ölkəsini qorumaq üçün ona silah veririk. Bu isə onların Rusiyadakı hədəfləri vurmasına mane olmur, amma bunu ukraynalılar etməlidir. Bu, beynəlxalq humanitar hüquq çərçivəsində edilməlidir.

Xili bunu Britaniya radiostansiyalarından birinə müsahibəsində deyib.

“The Guardian” xatırladır ki, Böyük Britaniyanın yeni baş naziri Keir Starmer bundan əvvəl Ukraynanın Rusiyadakı hədəflərə qarşı “Storm Shadow” raketlərindən ancaq “müdafiə” məqsədləri üçün istifadə edə biləcəyini bildirmişdi. ...Bunlar müdafiə məqsədi daşıyan raketlərdir, lakin bu müdafiə məqsədləri üçün onlardan necə istifadə edəcəyinə Ukrayna qərar verəcək.

Baş nazir bunu keçən həftə deyib.

Qeyd edək ki, cümə günü Zelenski Nazirlər Kabinetini Rusiya hədəflərinə qarşı "Storm Shadow" raketlərindən istifadə etməyə çağırıb.

O, həmçinin nazirləri Avropanın müdafiə sənayesi bazasının qurulmasına kömək etməyə də çağırış edib,..çünki dünya üzrə liderlər ikinci, daha təcrid olunmuş Tramp administrasiyasının mümkünlüyünə uyğunlaşırlar.

...Amma bütün bunlara baxmayaraq, “Downing Street” Ukraynanı dəstəkləmək öhdəliyini bir daha təsdiqləyib.

...Maraqlıdır, görən, “Downing Street”ə “ingilis Kremli” demək nə qədər düzgün olar?

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə