...İddialara görə, Rusiyanın Ukraynaya qarşı açdığı müharibədən sonra Avropa və əslində transatlantik təhlükəsizliyin arxitekturası dəyişəcək.

Avropa ölkələri, xüsusən də qitənin şərq hissəsi artıq təhlükəsizlik siyasətlərini ciddi şəkildə nəzərdən keçirir.

Aydındır ki, Ukrayna müharibəsindən sonra azad Belarus üçün yeganə təhlükəsizlik variantı NATO-ya erkən daxil olmaqdır.

Bu layihənin məqsədi bu yolda üstünlükləri və mümkün maneələri nəzərə alaraq Belarusun NATO-ya gələcək üzvlüyünün təkcə imkanlarını deyil, həm də praktiki aspektlərini öyrənməkdir.

Avropa ölkələrinin kollektiv siyasi və hərbi imkanlarına əsaslanan yeni təhlükəsizlik arxitekturası firavan və dinc Avropa üçün ilkin şərtdir və Belarus belə Avropanın bir hissəsi olmalıdır.

Qeyd edək ki, SİA bunu Avropa Belarus Fondunun nəşr etdiyi kitaba istinadən bildirir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə