NATO-nun baş katibi Çinə qarşı ritorikanı sərtləşdirir...

...NATO-nun baş katibi Yens Stoltenberq ictimai çıxışlarında Çinə qarşı ritorikasını nəzərəçarpacaq dərəcədə sərtləşdirib. Belə ki, o, bir tərəfdən Pekin və Moskva, digər tərəfdən isə Qərblə əməkdaşlıqdan danışıb.

SİA-nın əldə etdiyi məlumata görə, ABŞ-a səfəri zamanı Şimali Atlantika Alyansının rəhbəri, “bunun davam edə bilməyəcəyini” deyib.

Bunu artıq RİA Novosti xəbər verir.

...Getdikcə daha çox müttəfiq anlayır ki, Çin Avropa NATO ölkələri ilə normal münasibətləri saxlamağa çalışır və eyni zamanda Rusiyaya kömək edir.

Bunu Yens Stoltenberq vurğulayıb.

Bununla yanaşı, alyans rəhbərinin fikrincə, Çin üçün mümkün iqtisadi nəticələrdən danışmaq hələ tezdir, “...lakin bu mövzunu gündəmə gətirmək lazımdır”.

Azad Press-in daha əvvəl xəbər verdiyi kimi, ABŞ Si Cinpinin Rusiyaya dəstəyini artırması ilə bağlı həyəcan təbili çalıb.

Bunu artıq rus saytları bəyan edirlər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə