Bayden və Tramp xüsusi qaydalarla debata razılaşıblar

ABŞ prezidentliyinə namizədlər Co Bayden və Donald Trampın qərargahı ilk seçki debatının qaydaları ilə bağlı razılığa gəlib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri CNN yayıb.

Bildirilir ki, Bayden və Tramp qaralamasız danışacaqlar və CNN studiyasının auditoriyasında iştirak edəcəklər (bu kanal ilk debatın təşkilatçısıdır - red.).

O da maraqlıdır ki, namizədlər vahid tribunada çıxış etməyə razılaşsalar da, yerləri sikkə atmaqla müəyyənləşəcək.

Çıxış zamanı mikrofon yalnız hazırda çıxış edən namizəd üçün açılacaq. Onlara səhnə rekvizitləri və ya əvvəlcədən yazılmış qeydlər götürməyə icazə verilmir - yalnız qələm, ped və butulkada su veriləcək.

Bundan əlavə, zalda tamaşaçı olmayacaq və debatın müddəti iki reklam fasiləsi ilə 90 dəqiqə olacaq. Nə Tramp, nə də Bayden reklam zamanı öz kampaniya rəsmiləri ilə əlaqə saxlaya bilməyəcəklər.

...Lakin moderatorlar vaxtın saxlanmasını və müzakirənin sivil olmasını təmin etmək üçün əllərində olan bütün vasitələrdən istifadə etməyə davam edəcəklər.

Bunu da CNN bəyan edib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə