Müğənni Albina Xripkova avtomobil qəzasında dünyasını dəyişib...

...Yaroslavl Filarmoniyasının solisti Albina Xripkova və Yaroslavldakı Sobinov adına Uşaq İncəsənət Məktəbinin müəllimi Yelena Lummi mayın 19-na keçən gecə bədbəxt hadisə nəticəsində dünyasını dəyişiblər.

SİA rus saytlarına istinadən xəbər verir ki, bölgə qubernatoru Mixail Evraev faciə ilə bağlı məlumat verib.

...Bölgəmiz və bütün mədəniyyət dünyası üçün faciəli xəbər. Opera müğənnisi Albina Xripkova və fortepiano müəllimi Yelena Lummi avtomobil qəzasında dünyasını dəyişiblər.

Qubernator bunu Telegram kanalında yazıb.

...Rusiya Federasiyası Daxili İşlər Nazirliyindən verilən məlumata görə, ölümlə nəticələnən qəza M-8 avtomobil yolunun 177-ci kilometrliyində baş verib. Bildirilir ki, 1974-cü il təvəllüdlü kişinin idarə etdiyi “HAVAL” və 1975-ci il təvəllüdlü qadının idarə etdiyi “Ford” markalı avtomobillər toqquşub. Qəza nəticəsində hər iki sürücü, eləcə də "Ford"un sərnişini aldıqları xəsarətlərdən yerindəcə keçiniblər.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə