Moldovada Müqəddəs Georgi lenti taxmaq qadağandır...

Moldova polisinin rəhbəri Viorel Cernauceanu bildirib ki, Qələbə günündə ölkə vətəndaşları müqəddəs Georgi lenti, həmçinin V və Z simvolları taxdıqlarına görə cərimələnə bilərlər.

SİA-nın əldə etdiyi məlumata görə, RİA Novosti bu barədə Moldova Radiosuna istinadən xəbər verir.

Cernauceanu bildirib ki, 2023-cü ildə Moldovada V və Z simvolları, həmçinin Müqəddəs Georgi lenti qadağan edilib.

Daha sonra ölkənin Konstitusiya Məhkəməsi bu simvolların taxılmasının yalnız hərbi təcavüz və ya hərbi cinayətlərə bəraət qazandırmaq üçün istifadə edildiyi təqdirdə cəzalandırılacağını açıqlayıb.
...Nə qədər ki, qanunda onların qadağan olunmuş simvollara aid olduğu açıq şəkildə göstərilib, biz bütün bu hərəkətləri mütləq sənədləşdirəcəyik. “Mən bütün vətəndaşları qanuna tabe olmağa çağırıram.

Bunu da Moldova polisinin rəhbəri deyib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə