Sergey Aksenov özünü “prezidentin əsgəri” adlandırıb...

...Rusiya prezidenti Vladimir Putin Krımın hazırkı lideri Sergey Aksenova (Vahid Rusiya) region rəhbəri seçkilərində uğurlar arzulayıb.

SİA-nın əldə etdiyi məlumata görə, rusiyalı prezidentin sözlərini “İnterfaks” sitat gətirir.

...Dövlət başçısı Aksenovla videobağlantı vasitəsilə görüş keçirib, yarımadanın sosial-iqtisadi problemlərini müzakirə edib. Putinin sözlərinə görə, regionun hazırkı rəhbəri “hər şeydə uğur qazana bilmir”, baxmayaraq ki, “əsas vəzifələr həll olunur”.

Prezident krımlıların seçiminə əmin olduğunu bildirib.

Aksenov isə öz növbəsində qeyd edib ki, o, özünü “prezidentin əsgəri” adlandırır, ona görə də “Putin onu hara göndərirsə, ora da gedəcək”.

Xatırladaq ki, Sergey Aksenov 2014-cü ildən regiona rəhbərlik edir. O, Krımın Rusiya Federasiyasına birləşdirilməsi prosesində iştirak edib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə