İsrail təsdiq etdi: HƏMAS razılaşmadan imtina etdi

Bazar günü, aprelin 14-də səhər saatlarında İsrail hökuməti başçısının ofisi HƏMAS ilə dolayı danışıqlara dair bəyanat yayıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Details məlumat yayıb.

...Qahirədəki görüşdən bir həftədən çox müddət sonra HƏMAS vasitəçilərin təqdim etdiyi planı rədd edib.

Qeyd edək ki, mətnində belə deyilir.

...Üç vasitəçinin İsraildən çox əhəmiyyətli güzəştləri ehtiva edən təklifinin rədd edilməsi Sinuarın (Yəhya İbrahim Həsən Sinuar HƏMAS-ın Qəzza zolağındakı lideri və təşkilatın hərbi qanadının yaradıcılarından biridir-A.B.) humanitar saziş və girovların qaytarılmasını istəmədiyini, münaqişəni eləcə də regionda ümumi eskalasiyanı genişləndirmək üçün İsrail və İran arasında gərginlikdən istifadə etməyə davam etdiyini sübut edir.

...İsrail HƏMAS-a qarşı müharibənin məqsədlərinə qətiyyətlə nail olmağa davam edəcək və Qəzza zolağından 133 girovu ən qısa zamanda geri qaytarmaq üçün əlindən gələni edəcək.

Bu da baş nazirlikdən verilən açıqlamada vurğulanıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə