Çin ABŞ-nin elektrikli avtomobillərlə bağlı araşdırmasına reaksiya göstərib

Pekin administrasiyası ABŞ-ın Çin istehsalı olan elektrik avtomobillərinin məlumat təhlükəsizliyi üçün mümkün risklərlə bağlı araşdırma başlatmasına reaksiya verib. SİA xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin mətbuat katibi Mao Ning paytaxt Pekində keçirilən mətbuat konfransında ABŞ-ın ticarət proteksionizm motivi ilə hərəkət etdiyini və Çin istehsalı olan avtomobillərin Amerika bazarına daxil olmasını əngəlləmək istədiyini bildirib.

Çinin avtomobil sənayesinin ABŞ istehsalçıları da daxil olmaqla bütün qlobal şirkətlərə açıq olduğunu ifadə edən sözçüsü Mao bildirib ki, ABŞ-nin iqtisadi və kommersiya məsələlərini siyasiləşdirməsi yalnız öz avtomobil sənayesinin inkişafına zərər verəcək.

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə