Ukrayna və Hollandiya 10 illik təhlükəsizlik müqaviləsi imzalayıb

Ukrayna və Hollandiya cümə günü təhlükəsizlik sahəsində əməkdaşlıq və Ukraynaya uzunmüddətli dəstək haqqında ikitərəfli saziş imzalayıblar.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, protokolu Xarkovda Ukrayna prezidenti Vladimir Zelenski və Hollandiyanın baş naziri Mark Rutte imzalayıb.

...Qeyd edək ki, saziş çərçivəsində Ukrayna bu il Hollandiyadan iki milyard avro məbləğində hərbi yardım alacaq.

Bundan əlavə, Hollandiya növbəti 10 il ərzində Ukraynaya dəstək verəcək. Hava qüvvələri, hava hücumundan müdafiə, dəniz donanması və uzaqmənzilli artilleriya qüvvələrinin dəstəklənməsinə xüsusi diqqət yetiriləcək.

Hollandiya həmçinin təcavüzkar ölkə kimi Rusiyaya qarşı sanksiyalara əməl edəcəyini və Ukraynanın sonda NATO-ya daxil olmasını dəstəkləməyi öhdəsinə götürür.

Mark Rutte Xarkova səfəri çərçivəsində Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırskinin, Ukraynanın Müdafiə naziri Rustem Umerovun və Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin komandanı Nikolay Oleşçukun iştirakı ilə keçirilən brifinqdə iştirak edib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə