İspaniyanın şərqindəki Valencia şəhərində bir gün əvvəl yanğın baş verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, şəhər mərkəzində yerləşən 14 mərtəbəli 2 blokdan ibarət binada təxminən 450 nəfər yaşayırdı. 138 mənzildən ibarət olan binada yerli vaxtla 17:30-da yanğın başlayıb. Boş mənzildən hələ də niyə baş verdiyi bilinməyən səbəblə yüksələn alovlar dəqiqələr ərzində bütün binanı əhatə edib.

Yanğının bu qədər sürətlə yayılmasında binada istifadə olunan poliüretan örtük ləvazimatlarının səbəb olduğu bildirilir. Yanğınsöndürənlər balkonlara çıxan onlarla insanı xilas etməyi bacarıb. 10 nəfərin həyatını itirdiyi yanğında 14 nəfərin yaralandığı, 9 nəfərin isə itkin düşdüyü xəbəri verilib. Yanğın 12 saat sonra söndürülə bilib. Şəhərdə 3 günlük yas elan edilib.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə