ABŞ-dakı siyasi ixtilaf Putinə öz hərəkətlərinə daha çox inam verir..?

Amma Mirzə Cəlil necə deyirdi,..”nigarançılıq, doğrudan da çox pis şeydir”..?

...Avdeevkanın ələ keçirilməsi bir neçə ay ərzində Ukraynadakı rus qoşunlarının ilk mühüm hərbi qələbəsidir. Təbii ki, Ukrayna əsgərlərinin şəhəri təslim etməsi Ukrayna Silahlı Qüvvələri üçün təkcə simvolik deyil, həm də strateji itkidir. Bununla yanaşı, ABŞ-da respublikaçılar Konqresdə Ukraynaya hərbi yardımın ayrılması ilə bağlı qanun layihəsini bloklamaqda davam edirlər…

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu “The Hill” qəzeti yazır.

Gərək ki, yadınızda olar, bir müddət bundan əvvəl Taker Karlsona müsahibə verən Vladimir Putin, ABŞ-da noyabrda keçiriləcək prezident seçkilərində Cozef Baydenin qalib gəlməsinə üstünlük verəcəyini demişdi.

Maraqlıdır, niyə..?

Siyasi ekspertlərin fikrincə, Rusiya lideri və bütövlükdə Rusiya Ukraynada xüsusi əməliyyat başlamazdan əvvəl əldə etdikləri etimadı yenidən "qazanıblar" və bu, əsasən Amerikanın Ukrayna Silahlı Qüvvələrinə hərbi yardımın göndərilməsi və razılaşdırılmasının gecikməsi ilə bağlıdır. .

…Elə bu baxımdan Putin Rusiyanın perspektivlərinin “yaxşılaşacağına” əmin ola bilər, çünki ABŞ-ın daxili siyasətindəki fikir ayrılığı Kremlin Qərblə müharibədə uğur qazanmaq və sonda Vaşinqtona meydan oxumaq üçün ən böyük fürsətinə çevrilib.

Xatırladım ki, “The Hill” nəşri yazır bunu.

Təbii ki, Moskvanın strategiyasının bir hissəsi Ukraynanın Qərb müttəfiqlərinin ona kömək etməkdən yorulmasını gözləyərkən düşməni yıxmaq və Rusiyanın hərbi mövqelərini gücləndirməkdir.

Yadınızda, bəlkə də olar, Cozef Bayden bu yaxınlarda demişdi ki, o, Kiyevə yardımın Konqresin təsdiqini gecikdirdiyi üçün daha bir şəhərin yıxılmayacağına əmin deyil.

…Kremlin nöqteyi-nəzərindən belə görünə bilər ki, ABŞ-ın Ukraynaya dəstəyində çatlar nəhayət genişlənməyə başlayır. Bununla belə, Moskva da yaxşı bilir ki, Meksika ilə sərhəddə asayişin bərpası ilə bağlı daxili çəkişmələrə və mübahisələrə baxmayaraq, Amerikadakı hakim dairə daxilində bütövlükdə Kiyevə dəstək güclü olaraq qalmaqdadır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə