ABŞ Qayana ilə birgə hava təlimləri keçirəcək

ABŞ və Qayana hərbçiləri ölkənin Venesuela ilə ərazi mübahisəsi ətrafında vəziyyətin gərginləşməsi fonunda birgə hava təlimləri keçirəcəklər. SİA TASS-a istinadən xəbər verir ki, təlimlərdə Qayana Müdafiə Qüvvələri (GDF) və ABŞ Cənub Komandanlığının (USSOUTHCOM) təmsilçiləri iştirak edəcəklər. Regional əməkdaşlıq çərçivəsində Qayanada uçuş əməliyyatları həyata keçiriləcək. Bu təlimlərə əlavə olaraq, fəlakətlərə hazırlıq, hava və dəniz təhlükəsizliyi, habelə transmilli cinayətkar təşkilatlara qarşı mübarizə sahələrində də təcrübə çübadiləsi aparılacaq.

“Birləşmiş Ştatlar Qayana üçün etibarlı təhlükəsizlik tərəfdaşı kimi öhdəliklərini yerinə yetirməyə davam edəcək və regional əməkdaşlığa, eləcə də qarşılıqlı fəaliyyətə kömək edəcək”, - deyə ABŞ-nin Cənubi Amerika Respublikasındakı səfirliyinın saytında yerləşdirilən bəyanatda deyilir.

Bütün xəbərlər Facebook səhifəmizdə