Şimali Makedoniyada prezident və parlament seçkilərinin tarixi müəyyənləşib

Şimali Makedoniyada gələn il aprelin sonu və mayın əvvəlində prezident və parlament seçkiləri keçiriləcək. SİA xəbər verir ki, ölkə parlamentində təmsil olunan bütün siyasi partiyalarının liderləri arasında keçirilən görüşdə növbəti seçkilərin tarixləri razılaşdırılıb. Belə ki, prezident seçkilərinin birinci turu aprelin 24-də, iki həftə sonra - mayın 8-də isə prezident seçkilərinin ikinci turu ilə paralel olaraq parlament seçkiləri keçiriləcək.

“On yeddi il sonra ölkədə parlament seçkiləri ilk dəfə olaraq adi müddətdə keçiriləcək. Bu, hazırkı hökumətin sabitlik, proqnozlaşdırılabilənlik və müəyyənlik yaratdığını göstərir”, - deyə Baş nazir Dimitar Kovacevski deyib.

Qeyd edək ki, 2006-cı ildən bu vaxtadək Şimali Makedoniyada növbədənkənar ümumi seçkilər keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə