İsrail ordusu HƏMAS tunellərinə 800-dən çox giriş aşkarlayıb

Qəzza zolağında quru əməliyyatları başlayandan bəri İsrail Müdafiə Qüvvələri HƏMAS-ın tunellər şəbəkəsinə 800-dən çox giriş aşkar edib və onlardan 500-ünü məhv ediblər.

İsrail Müdafiə Qüvvələrinin məlumatına görə, tunellərə girişlər müxtəlif üsullarla, o cümlədən partlayıcı maddələr və bloklardan istifadə edilməklə dağıdılıb.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, kilometrlərlə tunellər dağıdılıb.

Maraqlıdır ki, tunelin girişləri mülki ərazilərdə yerləşirmiş. Onların çoxu məktəb, uşaq bağçası, məscid və uşaq meydançaları kimi mülki bina və tikililərin yaxınlığında və ya içərisində imiş.

Deyilənlərə görə, bəzi tunellərdə İsrail əsgərləri çoxlu miqdarda silah tapıblar ki, bu da HƏMAS-ın Qəzzadakı terror fəaliyyətləri üçün qəsdən mülki şəxslərdən və infrastrukturdan istifadə etdiyini sübut edir?..

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə