Rus əsgərlərinə “təşəkkürə gələn” iki gözəl ukraynalı qız...

...Rusiyalı təbliğatçılar “iki diversantın” işğal altında olan Simferopolda onlarla rus əsgərini zəhərlədiyindən şikayətlənirdilər.

SİA “Obozrevatel”ə istinadən yazır ki, "Sevimli qızlar" hərbi hissələrdən birinə zəhərli spirt və qida ilə müdaxilə edilib. Və nəticədə 20 rus əsgəri ölüb, daha 11 nəfər isə xəstəxanaya yerləşdirilib.

“Kremlevskaya tabakerka” təbliğat Telegram kanalı dekabrın 1-də mənbələrə istinadən məsələ ilə bağlı yazıb.

Qeyd olunur ki, guya “iki gözəl qız” hərbi hissənin keçid məntəqəsinə gələrək özlərini yerli sakin kimi təqdim ediblər.

Deyilənə görə onlar özlıri ilə yeddi şüşə araq və qəlyanaltı gətiriblər - balıq, kolbasa, çörək, pendir.

Kanal yazır ki, mühafizəyə “oğlanlarımıza” təşəkkür etmək istədikləri bildirilib. “Uşaqlar araq və yemək götürüblər, həmkarları ilə içib və yemək yeyiblər. Və çoxları zəhərləndi”, - təbliğatçı mənbə bildirib bunu.

İddiaya görə, onlar gətirdikləri spirt və yeməkdə “böyük dozada arsenik” tapıblar və şüşələrdən birində gəmiriciləri öldürmək üçün pestisid kimi istifadə edilən çilibuha ağacından çox güclü zəhər olan striknin aşkar ediblər.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə