Fələstin probleminin həlli üçün beynəlxalq konfrans çağırmaq lazımdır.
SİA-nın əldə etdiyi məlumata görə, bunu Çin sədri Si Cinpin Yaxın Şərqdəki vəziyyəti müzakirə etmək üçün BRİKS ölkələrinin liderlərinin planlaşdırılmamış görüşü zamanı deyib.
“Sinxua” agentliyinin sitat gətirdiyi onun sözlərinə görə, problemin həlli hərtərəfli və ədalətli olmalıdır.
Çin, Fələstin probleminin hərtərəfli və ədalətli həlli istiqamətində işləmək üçün daha da nüfuzlu beynəlxalq sülh konfransının tez bir zamanda çağırılmasını tələb edir.
Qeyd edək ki, Si Cinpin deyib bunu.
Xatırladaq ki, bundan əvvəl Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramafosa İsrailin Qəzza zolağındakı hərəkətlərinin soyqırım və müharibə cinayəti olduğunu bildirib.
Eyni zamanda o, anklavda humanitar dəhlizlərin açılmasına çağırıb. O, həmçinin qeyd edib ki, Fələstinin HƏMAS hərəkatı israillilərə qarşı hücumlara və əsirlərin girov götürülməsinə görə cavab verməlidir.
Prezident əlavə edib ki, bütün ölkələr münaqişəni daha da qızışdırmaqdan çəkinməli, xüsusən də münaqişə tərəflərinə silah tədarükünü dayandırmalıdır.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə