Moskvanın qeyri-qənaətbəxş qiymətlərə görə Rusiya taxılının tədarükünü əngəlləməsindən sonra Misir Bolqarıstan və Fransadan buğda almağı planlaşdırır.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Bloomberg öz mənbələrinə istinadən yazır.
Beləliklə, nəşr yazır ki, Rusiya aşağı qiymətə taxıl satmaqdan imtina etdiyi üçün Misir Fransa və Bolqarıstandan buğda almağa keçmək niyyətindədir.
Qeyd edək ki, bu il Misirin Təchizat Baş İdarəsi Rusiyadan tonu 270 dollara 480 min ton buğda almağı planlaşdırmışdı.
Lakin bu qiymətin Rusiya tərəfindən müəyyən edilmiş minimum dəyər həddindən aşağı olduğu ortaya çıxdı və nəticədə Misir hakimiyyəti ilə isveçrəli treyder Solaris (İsveçrədə yerləşən ən böyük rus buğda tacirlərindən biri-A.B.) arasında sövdələşmə pozuldu.
Məqalədə deyilir: “Moskva əsas sövdələşmənin qiymətinə etiraz edərək, məsələnin özəl olduğu üçün adının açıqlanmamasını xahiş edib”.
Bu arada Misir səlahiyyətliləri Solaris treyderinə ölkəyə istənilən mənşəli taxıl tədarük etmək imkanı verəcəklərini də açıqlayıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə