7 keçmiş məhbus hərbi hissədən silahla qaçıblar

Keçmişdə məhbus həyatı yaşayan 7 rus hərbçiai Donetsk Xalq Respublikasındakı hərbi hissəni özbaşına tərk edərək aradan çıxıblar.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, qaçanlar elə-belə... boş qaçmayıblar, yəni gedəndə silahlarını da özləri ilə aparıblar.

Rus saytlarının verdiyi məlumata görə, qaçanlardan üçü Luqansk Xalq Respublikası ərazisindəki Bryanka yaxınlığında saxlanılıblar.

Daha bir fərari təslim olmaq istədiyi üçün qaçanların özləri tərəfindən güllələnib.

Sonradan hərbi hissədən qaçan daha iki nəfərin saxlandığı məlum olub.

Hazırda isə sonuncu fərarinin axtarışları davam etdirilir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə