Əgər bu baş verərsə, onda Tramp yenidən prezident seçiləcək

Xəbər verildiyi kimi, gələn həftə ABŞ-ın keçmiş prezidenti Donald Trampın hüquq-mühafizə orqanları tərəfindən saxlanılacağını gözlənilir. Qeyd edək ki, “qarşıdan gələn təhlükəni” nəzərə alan Tram tərəfdarlarını buna qarşı etiraza çağırıb.

Bu arada SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, amerikalı milyarder İlon Mask Trampın mümkün həbsi ilə bağlı deyilənlərə münasibət bildirib.

Beləliklə, milyarder sahibkarın fikrincə, bu halda keçmiş prezident 2024-cü il seçkilərində böyük uğur qazana biləcək.

Onun dediyinə görə, əgər bu baş verərsə, Tramp böyük qələbə ilə yenidən prezident seçiləcək.

Qeyd edək ki, gələn həftə ABŞ-ın keçmiş prezidenti Donald Tramp aktrisa Stormi Danielsə olan münasibətləri barədə susduğuna görə rüşvət verməkdə ittiham oluna bilər.

Onu da qeyd edək ki, sabiq prezidentin özü Danielslə hər hansı əlaqəni inkar etməklə yanaşı, bu məsələ ilə bağlı ifadə verməkdən də imtina edir.

Xatırladaq ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp bu gün özünün “Truth Socia” sosial şəbəkəsində, gələn həftənin çərşənbə axşamı həbs oluna biləcəyini yazıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə