Blinken Çin lideri ilə görüşəcək

ABŞ dövlət katibi Entoni Blinken gələn həftə Pekinə səfər edəcək. SİA xəbər verir ki, bu barədə "Financial Times" nəşri məlumat yayıb.

Blinkenin Çinə səfəri fevralın 5-i başlayacaq. O, səfər zamanı Çin lideri Si Cinpinlə görüşəcək.

Qeyd edək ki, ABŞ prezidenti Co Bayden və Çin lideri Si Cinpin ötən ilin noyabrında Balidə görüşü zamanı ölkələr arasında münasibətləri sabitləşdirmək yollarının tapılması barədə razılığa gəliblər. Görüş zamanı Blinkenin Çinə səfəri də qərarlaşdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə