Afrikanın ən zəngin qadını haqqında həbs qərarı çıxarıldı

Afrikanın ən zəngin qadını haqqında həbs qərarı çıxarılıb. SİA xarici mediaya istinadən xəbər verir ki, məhkəmə keçmiş prezident Xose Eduardo dos Santosun qızı İzabel dos Santosun korrupsiya işinə görə həbs olunmasına qərar verib.

Baş prokuror istintaq çərçivəsində daha əvvəl dəfələrlə ifadə verməyə çağırılan Santos haqqında həbs qərarı verildiyini açıqlayıb. Afrikanın ən zəngin qadını kimi göstərilən Santos daha əvvəl ona qarşı irəli sürülən ittihamları rədd edərək İngiltərənin paytaxtı Londonda yaşadığını və gizlənmədiyini bildirmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə