Afrika Millətlər Kuboku: Patrik Andrade məğlubiyyətə üzüldü

A qrupunda Kamerun yığması bu dəfə Efiopiyanı böyük hesabla məğlub edib. Kabo Verde millisi isə Burkina Faso ilə görüşdən minimal hesabla uduzub. Kabo Verde yığmasının üzvü olan “Qarabağ”ın yarımmüdafiəçisi Patrik Andrade də bu görüşün ilk dəqiqələrindən meydanda olub. O, 73-cü dəqiqədə əvəzlənib.

Futbol üzrə Afrika Millətlər Kubokunda qrup mərhələsinin 2-ci turuna start verilib. SİA xəbər verir ki, beşinci oyun günündə daha iki qarşılaşma baş tutub.

A qrupunda Kamerun yığması bu dəfə Efiopiyanı böyük hesabla məğlub edib. Kabo Verde millisi isə Burkina Faso ilə görüşdən minimal hesabla uduzub. Kabo Verde yığmasının üzvü olan “Qarabağ”ın yarımmüdafiəçisi Patrik Andrade də bu görüşün ilk dəqiqələrindən meydanda olub. O, 73-cü dəqiqədə əvəzlənib.

Afrika Millətlər Kuboku

A qrupu

13 yanvar

Kamerun – Efiopiya 4:1

Qol: Ekambi, 8; 67. Abubakar, 53; 55 – Hotessa, 4.

Kabo Verde – Burkina Faso 0:1

Qol: Bande, 39.

Xal durumu: Kamerun – 6, Burkina Faso – 3, Kabo Verde – 3, Efiopiya – 0.

Bütün xəbərlər Facebook səhifəmizdə