İngiltərə Liqa Kubokunun 1/16 finalında London futbol klubu "Vest Hem" "Mançester Yunayted"i məğlub edib.
SİA TASS-a istinadən xəbər verir ki, oyun 1:0 hesabı ilə başa çatıb.
Görüş Mançesterdəki Old Traford stadionunda baş tutub.
Qolu Manuel Lansini (9-cu dəqiqə) vurub.
Beləliklə, "Vest Hem" Liqa Kubokunda 1/8 finala yüksəlib, London klubunun rəqibi püşkatmada təyin olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə