"Qalatasaray" avtoqolla "Latsio"ya qalib gəlib

Türkiyənin “Qalatasaray” klubu avrokuboklarda növbəti oyununu keçirib.

SIA x'b'r verir ki, E qrupunda yer alan Fatih Terimin yetirmələri evdə İtaliya “Latsio”su ilə qarşılaşıb. Matçın taleyini avtoqol həll edib.

Qonaqların futbolçusu Tomas Strakoşa 67-ci dəqiqədə topu öz qapısından keçirib. Bu, “Qalatasaray”a 1:0 hesablı qələbə qazandırıb.

Qeyd edək ki, qrupun I turdakı digər matçında Rusiya “Lokomotiv”i Fransa təmsilçisi “Marsel”lə görüşüb. Bu oyunda qollu heç-heçə qeydə alınıb – 1:1.

Bütün xəbərlər Facebook səhifəmizdə